AVTOMATLAŞDIRMA

AVANDSİS şirkəti istehsal, ticarət və yaşayış obyektlərinin isitmə, havalandırma və kondisioner, elektrik enerjisi, su və qaz təchizatı, yanğınsöndürmə sistemlərinin avtomatlaşdırma və dispetçerizasiyasının layihələşdirmə və inteqrasiyasında böyük təcrübəyə malikdir.  
Biz, öndəgedən beynəlxalq istehsalçıların avadanlıq və proqram təminatından ən son yenilikləri və nailiyyətləri nəzərə alaraq istifadə edirik. Şirkətimiz SCADA sistemlərinin əsasında bölüşdürülən çoxsəviyyəli yüksək məhsuldarlığa malik hesablayıcı platformların hazırlanması və qurulmasında Azərbaycan.

TƏHLÜKƏSİZLİK

Təhlükəsizliyin təmin edilməsi – bir çox insanların səylərinin birləşdirilməsini və texniki vasitələrin cəlb edilməsini tələb edən mürəkkəb tapşırıqdır. Müxtəlif müəssisələrdə yeni təhlükəsizlik sistemlərinin yaradılması və ya mövcud olan sistemlərin müasirləşdirməsi müəssisələrin gələcək inkişafının zəmanətidir.

AĞILLI EV

AVANDSİS şirkəti Müştərilərə "Ağıllı Ev" sisteminin layihələşdirməsini, montajını, proqramlaşdırmasını, işəsalma və tənzimləməsini və xidmətini təklif edir.  
Şirkətimizin layihələrin reallaşdırmasında olan böyük təcrübəsi bizə müştərilərimizin bütün fərdi xüsusiyyətlərini və maraqlarını nəzərə alaraq proses təşkil etməkdə yardımçı olan unikal həllər verir.   Biz, həm standart layihələri, həm də cəsarətli müasir ideyaları reallaşdırmağa hazırıq.
Şirkətimizin əməkdaşlarının yüksək peşəkarlığı bütün verilən tapşırıqları tələb olunan səviyyədə yerinə yetirməyə imkan verir. Bundan başqa biz, işin bütün mərhələlərində sizi maraqlandıran suallarla bağlı ixtisaslaşmış məsləhətləşmə verməyə hazırıq.  
Schneider ElectricBOSCH kimi tərəfdaşlarımızın sistemlərinə əsaslanan həllər.

YAŞIL TEXNOLOGİYALAR

"Yaşıl texnologiyalar" termini istismar zamanı insanların sağlamlığına, habelə ətraf mühitə zərər gətirməyən yaşayış və qeyri-yaşayış binalarının layihələşdirməsini və tikilməsini nəzərdə tutur. Obyektlər yalnız o zaman yaşıl və ekoloji cəhətdən təmiz olur ki, layihələşdirmə və tikinti zamanı xüsusi texnologiyalar tətbiq edilir və həqiqətən də ekoloji təmiz materiallar istifadə olunur.  
Avropada artıq neçə ildir ki, "yaşıl" texnologiyaların yaşayış və qeyri-yaşayış tikintidə istifadə edilməsi dövlət tərəfindən kredit və vergilərlə bağlı xüsusi güzəştlərin əldə edilməsinə səbəb olur. Deməli, müxtəlif səviyyəli tikinti şirkətləri istehlakçını səmərəli enerjili və ekoloji təmiz ev ilə təmin edən müvafiq sertifikatları əldə etməkdə maraqlıdırlar.    
Xaricdə yaşıl tikinti artıq 20 ildən çoxdur ki tətbiq edilir və beynəlxalq keyfiyyət sistemləri tərəfindən nizamlanır. 1990-cı ildə Böyük Britaniyada BREEAM standartı təqdim olundu, 1998-ci ildə isə Amerika Birləşmiş Ştatlarında yerli LEED standartı yarandı. Rusiyada yalnız 2010-cu ildə yerli "Зеленые Стандарты" standartı qeydiyyata alındı. Hazırda vacib obyektlərin tikintisini "yaşıl" standartlarsız təsəvvür etmək çətindir. Soçidə keçirilən Qış Olimpiya Oyunları zamanı tikilən obyektlər bunu sübut edir.
Enerjiyə qənaət hələ də ekoloji texnologiyaların tikintidə tətbiq edilməsinin əsas və ən vacib məsələsi olaraq qalır. Mütəxəssislər qeyd edir ki, enerji xərclərinin üçdə dördü isitməyə, 70%-i isə boş yerə gedir. Bununla belə, evin həndəsəsinin dəyişilməsinin qarşısını alan karkas tikintinin yeni texnologiyaları, yeni enerji qənaətli və ekoloji materiallar "küçənin qızmasını" buraxmır və istilik itkisini ikiqat azaldır! Fasadların izolyasiyası üçün materialların düzgün seçimi, pəncərələrin emissiya örtükləri, keyfiyyətli qapılar - bütün bunlar kommunal xidmətlərin xərclərini azaldaraq sizi bir neçə il qabağa salacaq.
AVANDSİS şirkətinin və tərəfdaşımız olan BOSCH şirkətinin həlləri