Müasir tikililərin enerji təchizatının artması yanğınların və yanğın təhlükəsinin yaranma riskini də artırır. Yanğın xidmətləri obyektiv səbəblərdən bir çox hallarda yanğının baş verdiyi yerə vaxtında gələ bilmirlər. İndiki zamanda isə yanğınsöndürmə xidmətlərinin lazım olan yerə gəlib çıxması yol problemləri və digər faktorlara görə daha da uzana bilər.  
Yanğın təhlükəsizliyinin təşkili ön plana çıxır – yaranan alovlanma ocağının dərhal söndürülməsinə və ya azsaylı itkilərlə peşəkar yanğınsöndürənlərin gəlişini gözləməyə imkan verən kompleks tədbirlərin yaradılması. Əsas diqqət stasionar avtomatlaşdırmış yanğınsöndürmə   sistemlərinə yetirilir.
Bu sistemlərin   fərqləndirici cəhətləri aşağıda göstərilib:
• Sistemin avtomatik rejimdə muxtar şəkildə fəaliyyət göstərməsi. İnsan faktorunun təsirini istisna edir. Sistem yanğının yaranmasına olduqca tez və adekvat reaksiya göstərir. Bütün texniki proseslər haqda məlumat real zaman rejimində rahat formada kompüterin ekranında mnemosxemlər şəklində əks olunur.
• Sistemlərin və avadanlığın xidmət müddətinin uzadılması. Avadanlığın işləmə müddətinin monitorinqi və siqnalizasiya, profilaktik və təmir işlərinin keçirilməsinə ehtiyac olduqda həyata keçirilir.
• Sistemin etibarlılığının artırılması. Qəza vəziyyətinin (istənilən hadisənin) səbəblərini müəyyən etmək üçün və qəzaların gələcəkdə baş verməsinin qarşısını almaq üçün hadisələr protokolu istifadə edilə bilər.
• Proseslərin monitorinqi və idarə edilməsi istənilən an və dünyanın istənilən nöqtəsindən həyata keçirilə bilər. İnternet və mobil rabitənin köməyi ilə dispetçer real zaman rejimində müəssisədə baş verən proseslərin tam təsvirini izləyə və eyni zamanda bir neçə sistemləri idarə edə bilər.
• Xidmət göstərən personalın və istismar xərclərinin azaldılması sistemin daha da keyfiyyətli idarə edilməsini təmin edir.   Yaranan problemlər ŞK vasitəsilə uzaqdan həll edilə bilər. Xərclərin azaldılması yüksək ixtisaslı personalın saxlanılması ilə bağlı xərclərin, habelə elektrik enerjisi istehlakının azaldılması və avadanlığın fəaliyyətinin etibarlılığının artırılması yolu ilə əldə olunur.
AVANDSİS şirkəti təklif edir:
• Optimal yanğın mühafizə və tüstünün aradan qaldırılması sisteminin seçimi;
• Düz və səmərəli montajın layihələşdirməsi (bizim tərəfimizdən quraşdırılan yanğınsöndürmə və tüstünün aradan qaldırılması sistemlərinin istənilən növ və sahəyə məxsus obyektlərdə ən effektiv tətbiqinin təmin edilməsi);
• Tələb olunan hesablamaların tərtib edilməsi;
• Yanğınsöndürmə və tüstünün aradan qaldırılması sistemlərinin quraşdırılması və montajı;
• Yanğınsöndürmə və tüstünün aradan qaldırılması sistemlərinin texniki xidməti.

Şirkətimiz yanğınsöndürmə və tüstünün aradan qaldırılması sistemlərinin öndəgedən brendlərini istifadə edir. Mütəxəssislərimiz yüksək peşəkarlığa, böyük praktikaya və iş təcrübəsinə malikdir.

AVANDSİS şirkətinin və tərəfdaşımız olan BOSCH şirkətinin həlləri