AVANDSİS şirkəti artıq neçə ildir ki, təhlükəsizlik, İT və telekommunikasiyalar, elektrik enerjisi təchizatı, avtomatlaşdırma və dispetçerizasiya sistemlərinin inteqratoru kimi uğurla fəaliyyət göstərir.
Biz, istənilən mürrəkəbliyə və həcmə məxsus sifarişləri layihə sənədləşdirməsini, yüksək texnologiyalı avadanlıq və kompleks sistemlərinin seçimini, təchizatını, montajını, proqramlaşdırmasını, işəsalma və tənzimləməsini və xidmətini həyata keçirərək reallaşdırırıq.

LAYİHƏLƏŞDİRMƏ

AVANDSİS şirkəti binanın mühəndis sistemlərinin layihələşdirməsi ilə bağlı aşağıdakı xidmətləri təqdim edir:
• layihəqabağı müşahidə;
• konsepsiyanın hazırlanması;
• layihə sənədləşdirməsinin hazırlanması;
• avadanlığın təchizatı;
• montaj, şef-montaj;
• avadanlığın işəsalma və tənzimləməsi, proqramlaşdırılması;
• satış sonrası xidmət.
Bizim mütəxəssislər mühəndis sistemlərinin layihələşdirməsi və istismara verilməsi ilə bağlı hərtərəfli konsultasiyalar təqdim etməyə hazırdırlar.

Biz, binanın aşağıda qeyd olunan mühəndis sistemlərinin reallaşdırması ilə məşğuluq:  
• Avtomatlaşdırma və dispetçerizasiya sistemləri (o cümlədən, monitorinq sistemlərinin, mühəndis sistemlərinin idarəedilməsinin layihələşdirməsi (binalar üçün nəzərdə tutulan MSMS);  
• "Ağıllı ev" intellektual idarəetmə sistemi;
• elektrik enerjisi təchizatı;
• Ümumi havalandırma və kondisioner sistemi;
• Təhlükəsizlik (video müşahidə, yanğın və mühafizə siqnalizasiyası, girişə nəzarət);
• Texnogen təhlükəsizlik (suyun, qazın sızması, ağırlığa nəzarət);
• Rabitə və telekommunikasiya şəbəkələri (SKS, LŞ, televiziya, telefoniya);
• multimediya və audio-video siqnalların paylanması.
AVANDSİS şirkətinin bütün əməkdaşları avtomatlaşdırma və dispetçerizasiya sistemlərinin layihələşdirməsi, müxtəlif növ obyektlərdə təhlükəsizlik sistemlərinin quraşdırılması və inteqrasiyası kimi sahələrdə böyük təcrübəyə malikdirlər. Bundan əlavə, onlar hər il öndəgedən beynəlxalq brendlər tərəfindən sertifikatlaşdırılırlar.

MONTAJ

Keyfiyyətli montaj işəsalma və tənzimləmə işlərinin asan həyata keçirilməsini və bütün sistemin gələcəkdə düzgün, səhvsiz fəaliyyət göstərməsini təmin edir. Şirkətimizin montaj briqadaları yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir, proseslər isə təcrübəli iş icraçıları tərəfindən nəzarət olunur.
AVANDSİS şirkəti təhlükəsizlik, elektrik enerji təchizatı və avtomatlaşdırma kompleks sistemlərinin montaj işlərinin yerinə yetirilməsi ilə bağlı xidmətlər təklif edir.    
Üstünlüyümüz böyük təcrübə   və görülən işlərin yüksək keyfiyyətindən ibarətdir.
Keyfiyyətli montajın yerinə yetirilməsi üçün vacib olan amillər:
• İş sənədləşdirməsinin lazımi keyfiyyəti;
• Layihələrin ekspertizası;
• Hazırlıq işlərinin görülməsi və avadanlığın, materialların razılaşdırılmış təchizatı;
• İşlərin yüksək səviyyədə təşkili və dəqiq əmək bölgüsü;
• Avadanlıq və materialların montajdan öncə keyfiyyətli və səliqəli şəkildə markalanması;
• Aqressiv ekoloji şəraitdə (çirklənmə, aşağı hərarət, yüksək nəmlik) görülən elektromontajın xüsusiyyətlərinin nəzərə alınması;
• Elektromontaj, ПУЭ və СП qaydalarına riayət edilməsi;
• Obyektdə işləri görən elektromontajçılar tərəfindən montajın yoxlanılması və təqdim olunması.
Artıq uzun müddətdir ki biz, aşağıda qeyd olunan daxili mühəndis sistemlərinin və avadanlığın quraşdırma işlərini görürük:

X

Elektrik enerjisi təchizatı

Elektrik işıqlandırma

Rabitə, radio, televiziya sistemləri

Mühafizə siqnalizasiyası və video müşahidə sistemləri

Mühasibat və nəzarət cihazlarının quraşdırılması

 

• elektrik enerjisi təchizatı;
• elektrik işıqlandırma;
• rabitə, radio, televiziya sistemləri;
• mühafizə siqnalizasiyası və video müşahidə sistemləri;
• Mühasibat və nəzarət cihazlarının quraşdırılması.
Biz, rabitə avadanlığının keyfiyyətli montajını təqdim edirik: kabel-xəttli rabitə strukturları, simli stansiya vasitələri, radioreleli rabitə xəttləri, simli yayım stansiyaları; şəbəkə avadanlığının montajını həyata keçiririk: СКС, ЛВС, КСПД; və həmçinin, cihazların, avtomatlaşdırma vasitələrin və hesablayıcı texnikanın montajını: lövhələr, pultlar, icraçı cihazların tənzimləyiciləri, şkaflar və s.

TEXNİKİ DƏSTƏK

Elektrik enerjisi təchizatı və enerji qənaəti sistemlərinin texniki dəstəyi dəyişən və daimi cərəyanlı elektrik enerjisi təchizatı sistemlərinin planlaşdırılmış və planlaşdırılmamış texniki dəstəyini, habelə elektrik enerjisinin mühasibat sistemlərini, enerji qənaəti sistemlərini və elektrik şəbəkələrə olan ağırlığın paylanma sistemlərini nəzərdə tutan kompleks xidmətlərdən ibarətdir.
Elektrik enerjisi təchizatı və enerji qənaəti sistemlərinin xidməti müasir bazarda mövcud olan ən məşhur xidmətlərdir. Bu xidmətlərə olan tələbat böyükdür, əsasən də böyük və orta həcmli biznes müəssisələri arasında. Bunun səbəbi ondadır ki, elekrik enerjisi təchizatı sistemlərinin xidmətini bu sahədə ixtisaslaşmış təşkilatlara həvalə etmək həm texniki, həm də maddi tərəfdən çox əlverişlidir.
AVANDSİS layihə və mühəndislik şirkəti elektrik enerjisi təchizatı sistemlərinin, habelə enerji qənaəti sistemlərinin xidməti ilə bağlı geniş çeşidli xidmətlər təklif edir.

Bu sahə üzrə mütəxəssislərimiz tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:
• Məlumat və texniki dəstək. Bu maddə sistemlərin düzgün istismarı, habelə onların işində baş verən xırda yayınmaların aradan qaldırılması ilə bağlı müştəriyə göstərilən ekspert dəstəyi.
• Sistemlərin planlaşdırılmış xidməti. Bu xidmət müştəri ilə birgə əvvəlcədən hazırlanmış, müştəri tərəfindən təsdiq olunmuş və planlaşdırılmış şəkildə keçirilən tədbirləri nəzərdə tutur. Keçirilən tədbirlərin məqsədi sistemin fasiləsiz işləməsi üçün profilaktik işlərin keçirilməsidir.
• Sistemlərin təcili xidməti. Bu xidmət həmçinin elektrik enerjisi təchizatı və enerji qənaəti sistemlərinin sınmasının nəticələrini aradan qaldırmaq məqsədilə keçirilən tədbirləri nəzərdə tutur.
• Yeni şəbəkələri quraraq və ya mövcud olanları müasirləşdirərək müasir texnologiyaların təqdim olunması;
• Həm tam sistemlərin, həm də onların ayrı elementlərinin montaj və demontajı ilə bağlı işlərin kompleksi;
• İşəsalma və tənzimləmə işləri;
• Müştərinin mövcud olan sistemlərinin auditi, həmçinin tələb olunan texniki sənədləşdirmənin tərtib edilməsi;
• Müştərinin obyektlərinin elektrotexniki avadanlıqla təchiz edilməsi;
• Avadanlığın və proqram təminatının müştərinin İKT-infrastrukturuna inteqrasiyası və quraşdırılması;
Şirkətimiz elektrik enerjisi təchizatı sistemlərinin texniki xidməti, habelə enerji qənaəti sistemlərinin və binaların, tikintilərin, ayrı evlərin və ofislərin elektrotexniki avadanlığının xidməti ilə bağlı peşəkar xidmətləri təklif edir.
Sizi maraqlandıran bütün sualları mütəxəssislərimizlə əlaqə quraraq cavablandıra bilərsiniz. Bunun üçün əlaqə formasından və ya "Əlaqələr" bölməsində yer alan telefon nömrələrindən istifadə etməyiniz xahiş olunur.

LÖVHƏLƏRİN YIĞILMASI

X

AVANDSİS şirkəti Müştərinin texniki tapşırığı və ya sxemi əsasında elektrik lövhələrin və avtomatitika lövhələrin layihələşdirməsini, yığılmasını və montajını həyata keçirir. Bizim mütəxəssislər istənilən mürəkkəbliyə məxsus lövhələrin layihələşdirməsində və yığılmasında böyük təcrübəyə malikdirlər. Biz, müştərilərə keyfiyyətli komponentlər, yüksək keyfiyyət nəzarəti və bütün məhsullara zamanət təklif edirik. Bütün lövhələrin yığılması yüksək ixtisaslı işçi heyəti tərəfindən tələb olunan standartlara uyğun həyata keçirilir.
AVANDSİS şirkəti elektrik lövhələr və avtomatika şkafları ilə bağlı əsas məhsullarını təqdim edir:
– 4000 А-can daxil etmə paylayıcı qurğular (DPQ) və əsas paylayıcı löhvələr (ƏPL)   elektrik enerjisinin daxili, mühasibatı və paylanılması üçün, habelə 380 V dəyişən cərəyanlı gərginliyə və 50 Hs tezliyə malik istehlakçıların və möhkəm torpaqlanmış neytrallı şəbəkələrin müdafiəsi üçün nəzərdə tutulub.
– Ehtiyatın avtomatlaşdırılmış daxili (EAD) işıqlandırma dövrələrinin, avtomatikanın və güc elektro avadanlığın əsas girəcəkdə gərginliyin itdiyi halda ehtiyat qidalanma rejiminə keçməsi üçün nəzərdə tutulub.
– Güc lövhəsi elektrik enerjisinin daxili, mühasibatı (mühasibat bloku olduğu halda) və paylanılması üçün, habelə 380 V dəyişən cərəyanlı gərginliyə və 50 Hs tezliyə malik istehlakçıların və şəbəkələrin müdafiəsi üçün nəzərdə tutulub.
– İdarəetmə və avtomatika şkafları mühəndis avadanlığının idarə edilməsi, texnoloji proseslərin avtomatlaşdırması, elektrik enerjisinin paylanılması, 380 V dəyişən cərəyanlı gərginliyə və 50 Hs tezliyə malik elektrik enerjisi istehlakçılarının müdafiəsi üçün nəzərdə tutulub. Şirkətimiz beynəlxalq istehsalçıların avadanlığından istifadə edərək müxtəlif modifikasiyalara məxsus idarəetmə və avtomatika löhvələrinin hazırlanmasında böyük təcrübəyə malikdir.
– İdarəetmə stansiyasının şkafları axıdıcı-sorucu havalandırma sistemlərinin idarə edilməsi, 380/220 V dəyişən cərəyanlı gərginliyə və 50 Hs tezliyə malik üçfazalı şəbəkələrdə fəaliyyə göstərən su təchizatının istilik məntəqələrində asinxron elektrik mühərrikli nasoslar kimi müxtəlif texnoloji proseslərin lokal, uzaqdan və ya avtomatlaşdırılmış idarə edilməsi üçün nəzərdə tutulub.   Texnoloji proseslərin idarəetmə lövhələri müştəri tərəfindən təqdim olunan texniki sənədləşdirməyə uyğun hazırlanır. Müdafiə dərəcəsi: IP54, IP66.