BİNANIN İDARƏETMƏ SİSTEMİ

Binanın mühəndislik avadanlığı hər biri fərdi şəkildə xidmət olunan və bir-biri ilə əlaqəli olmayan sistemlərdən ibarətdir. Lakin hal-hazırda mürəkkəb strukturlu binalar onlarla mühəndislik sistemlərindən ibarət ola bilər. Onları köhnəlmiş mexanizmlər vasitəsilə effektiv şəkildə idarə etmək mümkün deyil.
Beləcə BAİS - binanın avtomatlaşdırılmış idarəetmə sistemi (və ya BİS kimi tanınan, ingiliscə Building   Management System) yaranmışdır.
BİS şərti olaraq iki növə bölünür:
• Home Automation – evlərin və mənzillərin idarəetmə sistemi
• Building Automation – yaşayış kompleklərinin, mehmanxanaların, biznes mərkəzlərinin, ticarət mərkəzlərinin, xəstəxanaların və s. idarəetmə sistemi.

X

BİS-in iş sxemi

BİS-in üstünlükləri

İntellektual Binanın" BİS-lə imkanları

SCADA

AVANDSİS şirkəti sənaye obyektləri üçün yüksək səviyyəli SCADA həllərini hazırlayır. Bura ixtisaslaşmış texniki dəstək, personalın təlim keçməsi və sistemin inteqrasiya imkanları daxildir.

AĞILLI EV

AVANDSİS şirkəti Müştərilərə "Ağıllı Ev" sisteminin layihələşdirməsini, montajını, proqramlaşdırmasını, işəsalma və tənzimləməsini və xidmətini təklif edir.
Şirkətimizin layihələrin reallaşdırmasında olan böyük təcrübəsi bizə müştərilərimizin bütün fərdi xüsusiyyətlərini və maraqlarını nəzərə alaraq proses təşkil etməkdə yardımçı olan unikal həllər verir.   Biz, həm standart layihələri, həm də cəsarətli müasir ideyaları reallaşdırmağa hazırıq.

X

"Ağıllı ev" sistemi - layihələşdirmə

Güc elektrikası

TƏHLÜKƏSİZLİK

Multimediya

Telekommunikasiyalar

Montaj, işəsalma və tənzimləmə işləri

İstehsalçılar. "Ağıllı ev" sisteminin elektrik quraşdırma məmulatları və avadanlığı

“Crestron” şirkətinin təqdim etdiyi ağıllı ev

Ev kinoteatrı

Multiotaq

Təhlükəsizlik və monitorinq sistemləri

İqlimin idarə edilməsi

TƏHLÜKƏSİZLİK

Konfrans zalı

AVANDSİS şirkətinin sertifikatlaşdırılmış mütəxəssisləri multimediya sistemlərinin, məlumatın əks etdirilməsi sistemlərinin, video konfrans sistemlərinin, konfrans sistemlərinin və konfrans zalları üçün interaktiv sistemlərin quraşdırılması ilə bağlı layihələşdirmədən, sistem konseptinin hazırlanmasından montaj və kompleksin proqramlaşdırılmasınadək geniş çeşidli işləri yerinə yetirir.

Konfrans sistemi böyük tədbirlərdə rahat kommunikasiyanı təşkil etməyə imkan verən və bu cür tədbirlərin təşkili zamanı protokola uyğunluğu təmin edən avadanlıq kompleksindən ibarətdir. Konfrans avadanlığı müxtəlif məqsədlər üçün istifadə edilir:
• Seminarların, konfransların və digər müzakirələrin təşkili;  
• Biznes, dövlət və digər sahələrdə danışıqlar zamanı;
• Qrupun və uzaq iştirakçıların rahat kommunikasiyası üçün;
• Rəsmi protokola riayət edən müxtəlif tədbirlərin təşkilinə ehtiyac olarsa.

Ümumilikdə konfrans avadanlığı aşağıdakılardan ibarətdir:
• Nümayəndənin pultu — tədbir iştirakçısına çıxış etməyə və nöqteyi-nəzərini ifadə etməyə imkan verən çağırış mikrofon paneli və ya oxşar qurğu;
• Nüməyəndənin pultu uzərində prioriteti olan, habelə geniş idarəetmə imkanları olan sədrin pultu;
• Mərkəzi blok (mikser, kommutator və bütün avadanlığın işini uyğunlaşdıran qurğu);
• Nüməyəndələrin səsvermə sistemləri;
• Sistemin müxtəlif iş proseslərini təmin edən proqram kompleksləri və avtomatlaşdırma qurğuları (məsələn, nümayəndənin pultu yandırılan zaman kameranın ona tərəf yönəldilməsi);
• İnterfeys qurğular (simsiz yayımlayıcı və ya simli qurğular).
Həmçinin, konfrans zalların avadanlığı video məlumatların, sənədlərin, təqdimatların və digər lazım olan məlumatın başa düşülən və aydın formada yayımlandırılmasını və nümayişini də həyata keçirə bilər.
Kənar iştirakçıların (konfrans zalında olmayan) qoşulması lazım olduğu zaman xüsusi təhlükəsiz əlaqə sistemləri istifadə olunur.
Xarici iştirakçıların olduğu tədbirlərin konfrans sistemlərinin təşkili üçün sinxron tərcümə avadanlığı istifadə olunur.

Sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş konfrans sistemi

Konfrans sistemi sinxron təcrümə avadanlığı ilə təchiz edilə bilər. Bu avadanlıq nitqi nümayəndəyə rahat olan dildə səsləndirən səs axınının təşkili üçün lazımdır. Bunun üçün tərcüməçi kabinkası istifadə olunur və onun içində olan mütəxəssis eşitdiyi nitqi lazım olan dilə tərcümə edərək söyləyir. Tərcüməçinin söylədikləri toplantı sisteminə əsas məlumatlarla birgə ötürülür və (seçimdən asılı olaraq) həm mərkəzi pultda idarə oluna, həm də hər bir iştirakçı tərəfindən müəyyən yerdən seçilə bilər. Faktiki olaraq bu o deməkdir ki, sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş toplantı sistemi hər bir iştirakçıya çıxış edənləri öz dilində dinləməyə imkan verir.

TƏHLÜKƏSİZ ŞƏHƏR